Əsas Səhifə > Cəmiyyət > Sabirabadda yeni döşənən asfalt örtüyü niyə əllə qopur? - YENİLƏNİB + VİDEO
Sabirabadda yeni döşənən asfalt örtüyü niyə əllə qopur? - YENİLƏNİB + VİDEO16-05-2023, 18:34 |
“Sosial şəbəkələrdə paylaşılan videolarda iddia edilənlər tamamilə əsassızdır. Asfalt örtüyünün çəkilməsi prosesində mərhələli ardıcıllığa riayət edilməlidir”. Bunu Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Sabirabadda asfalt döşənməsi ilə bağlı yayılan görüntüləri Oxu.Az-a şərh edərkən bildirib. O qeyd edib ki, səsləndirilən fikirlər vətəndaşın prosesin gedişatını tam bilməməsindən qaynaqlanır: “İşlər tam olaraq texnoloji ardıcıllıqla icra edilir. Asfalt örtüyü döşənməzdən öncə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənir. Daha sonra asfaltlama işlərinə başlanır. Öncə hamarlayıcı lay, asfalt-beton örtüyü döşənir. Daha sonra isə əsas layın - asfalt örtüyünün döşənməsi prosesi icra olunur”. 17:28 Sabirabadda çəkilən asfalt örtüyü müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə yola keyfiyyətsiz döşənən asfaltın əllə qoparıldığı və ovulduğu aydın görünür. Vətəndaş iddia edir ki, görüntülər Sabirabadda qeydə alınıb. Hətta videogörüntünü çəkən şəxs məsələdə Sabirabad Rayon İcra Hakimiyyətini də günahlandırır. Həmin görüntüləri təqdim edirik: Könül Cəfərli Şəffaflıq.az Geri qayıt |