Əsas Səhifə > Cəmiyyət > Nazir: “Müəllimlər iki dəfə imtahandan kəsilsələr, işdən çıxarılacaqlar” - FOTO/VİDEO

Nazir: “Müəllimlər iki dəfə imtahandan kəsilsələr, işdən çıxarılacaqlar” - FOTO/VİDEO


16-05-2023, 18:25


Bu il sertifikasiya imtahanına cəlb ediləcək müəllimlərin sayı açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu il 33 min 315 müəllim sertifikasiya imtahanına cəlb ediləcək:

“Həmin şəxslərdən 5 290 nəfəri 60 yaş üzərində olan şəxslərdir. Milli Məclis “Təhsil haqqında” Qanuna dəyişiklikləri təsdiqləyərsə, həmin müəllimlər könüllü əsasda sertifikatlaşmada iştirak hüququ qazanacaqlar. Amma onlar iki dəfə imtahandan kəsilsələr, müqavilələrinə xitam veriləcək”.








Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Şəffaflıq.az


Geri qayıt