Əsas Səhifə > SİYASƏT / REGİON > Naxçıvan Ali Məclisinin deputatlarının maaşı artırıldı
Naxçıvan Ali Məclisinin deputatlarının maaşı artırıldı16-05-2023, 15:14 |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının maaşları artırılıb. Şəffaflıq.az xəbər verir ki, bu, altıncı çağırış Ali Məclisin 10-cu sessiyasının gündəliyində duran “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi məsələsində öz həllini tapıb. Əvvəllər deputatlara 25 faiz vergisiz cari xərclər ödənilirdisə, artıq o xərclər ləğv olunub və vergilər də daxil olmaqla deputatların əməkhaqqı 950 manat müəyyən edilib. Buna qədər deputatların maaşı 750 manat olub. APA Geri qayıt |