Əsas Səhifə > Cəmiyyət > Ağstafadakı partlayışda xəsarət alanların vəziyyəti AÇIQLANDI - YENİLƏNİB
Ağstafadakı partlayışda xəsarət alanların vəziyyəti AÇIQLANDI - YENİLƏNİB15-05-2023, 23:06 |
Ağstafada baş verən partlayış nəticəsində xəsarət alanlardan birinin vəziyyəti ağır olduğundan Bakıya aparılıb. APA-nın məlumatına görə, ağır yanıq xəsarəti alan Bakı şəhər sakini 1976-ci il təvəllüdlü Əlihüseyn Həsənovdur. O paytaxtda yerləşən xəstəxanaların birinə aparılıb. 1985-ci il təvəllüdlü İradə Rzayeva Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparıılıb. Qeyd edək ki, hadisə rayonun Tatlı kəndində baş verib. 21:20 Ağstafa rayonunun Tatlı kəndində qaz sızması nəticəsində fərdi evdə partlayış olub, biri uşaq olmaqla 6 nəfər xəsarət alıb. “Report”un məlumatına görə, fərdi evdə baş vermiş partlayış nəticəsində 1976-cı il təvəllüdlü Həsənov Əlihüseyn Fazil oğlu, 1985-ci il təvəllüdlü Rzayeva İradə Zakir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Soma Emin qızı, 2002-ci il təvəllüdlü Məmmədli Məryəm Ramin qızı, 1995-ci il təvəllüdlü Qasımlı Soldoz Ramiz qızı və 2 yaşlı oğlan uşağı xəsarət alıblar. Zərərçəkənlər xəstəxanaya aparılıb, onlardan üçü ambulator yardım aldıqdan sonra evə buraxılıb. Digərlərinin vəziyyəti isə ağır və orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. 18:31 Ağstafada qaz sızmasından partlayış olub. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb. Partlayış nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir. Şəffaflıq.az Geri qayıt |