Qubadlı rayonunun Aşağı Mollu kəndi Həkəri çayının sağ sahilində yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşməni sarsıdıcı məğlubiyyətə uğradan rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 9-da kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Aşağı Mollu kəndinin görüntülərini təqdim edir: