Əsas Səhifə > Cəmiyyət > Biləsuvarda kütləvi dava olub, hamilə qadın xəsarət alıb
Biləsuvarda kütləvi dava olub, hamilə qadın xəsarət alıb15-05-2023, 13:53 |
Biləsuvar rayonunda kütləvi dava zamanı biri hamilə qadın olmaqla dörd nəfər xəsarət alıb. “Report”un məlumatına görə, dava zamanı rayon sakinləri 1990-ci il təvəllüdlü M.Şükürov, 1997-ci il təvəllüdlü E.Şükürov, 1978-ci il təvəllüdlü S.Mirzəyev və 2001-ci il təvəllüdlü Z.Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisənin təfərrüatı hələlik məlum deyil. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |