Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan və Ənvər Əlixanov küçələrində yerləşən malikanə tipli fərdi yaşayış evlərində həyatı rəngarəng yaşamaq üçün hər bir şərait mövcuddur.
SOCAR “Azəriqaz” İB-dən verilən məlumata görə, bu malikanələrin sahibləri isə çox təəssüf ki, bu rəngarənliyi fərdi yaşayış evlərinin qaz sayğaclarına da şamil ediblər. Məlumata görə, hər iki fərdi yaşayış evinin qaz sayğacının daxilinə edilən qanunsuz müdaxilə nəticəsində istehlak edilən qazın sərfiyyatı qeydə alınmayıb. Kənar müdaxiləyə məruz qalan hər 2 malikanə tipli fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirilib. Abonentlərin razılığı ilə əvvəlcə vizual sonra kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilərək qanunsuz müdaxilə halı öz təsdiqini tapıb.
Bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırırıq. Əks halda qanun çərçivəsində tədbirlər görüləcək.