Əsas Səhifə > Gündəm > Tanınmış jurnalistlərdən Prezidentin islahatlarına AÇIQ DƏSTƏK
Tanınmış jurnalistlərdən Prezidentin islahatlarına AÇIQ DƏSTƏK24-10-2019, 21:53 |
![]() Həmçinin, bu islahatların ölkənin inkişafına daha müsbət təsir edəcəyini nəzərə alan korifey media kapitanları - Elçin Şıxlı, Arif Əliyev və Qulu Məhərrəmli Demokrat.az-a açıqlama verərək, Azərbaycan naminə daha mütərəqqi işlərin görüləcəyinə ümid bəsləyirlər. "Ayna" və "Zerkalo" nəşrinin baş redaktoru Elçin Şıxlı deyib ki, adətən islahat yekunlaşanda onun haqqında nə isə fikir söylənilir. Ancaq Azərbaycanda bu islahatlar hələ yeni başlayıb və çox sürətlə davam edir: "Ümumiyyətlə, idareətmə aparatının cavanlaşdırılması labüddür və təqdirəlayiq haldır. Çünki cənab Prezident İlham Əliyevin özünün söylədiyi kimi, dünyada yeni proseslər gedir, dünya təzələnir. Artıq post-neft erasıdır, dünyada yeni texnologiyalardan istifadə prioritet təşkil edir. Belə gedişlə indiyədək bizim alışdığımız bir sıra peşələr sıradan çıxacaq və yeniləri ilə əvəz olunacaq. Bütün bu proseslərlə ayaqlaşmaq, onlardan yararlanmaq və yeni dövrün çağırşlarına cavab vermək üçün gənc kadrlara ehtiyac yaranır. Əsasən də düşüncədə müasirlik və çeviklik lazımdır. Burada söhbət ondan getmir ki, yaşlı adamların düşüncəsi və savadı azdır. Xeyr, bu belə deyil. Sadəcə olaraq, bu təbii prosesdir. İnsan yaşlandıqca, onun təfəkkürü və savadı öz yerində olsa da, amma reaksiyaları, çevikliyi zəifləyir. Misal üçün, mən 20-25 il əvvəl gün ərzində 14-16 saat işləyə bilirdimsə, indi bu sürətlə işləmək artıq mümkün deyil. Yəni, fiziki baxımdan bu imkan vermir. Bu nöqteyi-nəzərdən Azərbaycanda aparılan son kadr dəyişiklikləri və islahatlar hamı tərəfindən təqdir olunmalıdır. Mən də bu islahatları təqdir edirəm". ![]() "Gözləyirəm ki, bütün bu islahatların nəticəsində media sahəsində də ciddi dəyişikliklər olacaq. Ancaq hələlik islahatlar daha çox iqtisadi bloku əhatə edir. Çox itsərdik ki, bu islahatlar media sahəsində də həyata keçirilsin. Çünki media sahəsində də islahatların olması labüddür. Ümid edirəm ki, cənab Prezident hazırda alt qurumların yenilənməsini həyata keçirir və bunun nəticəsində üst qurum da yenilənəcək. Üst qurumda yenilənməsinə ehtiyac olan ən vacib sahələrdən biri də məhz mediadır. Düşünürəm ki, islahatlar media sahəsini də əhatə etməlidir". Bakı Mətbuat Klubunun direktoru Arif Əliyev də islahatları dəstəklədiyini bildirib: "Uzun illərdən bəri islahatlardan danışan bir adam kimi mənim bu dəyişiklikləri təqdir etməməyim düzgün olmazdı. Əlbəttə ki, son dəyişikliklər ölkə başçısının apardığı islahatlara doğru bir addımdır. İstənilən islahatların uğurlu olması üçün ilk növbədə kadr dəyişikliyi edilməlidir. Biz son günlər müşahidə edirik ki, Azərbaycanda "açar fiqurlar"ın cavanlaşdırılması prosesi gedir. Kadr dəyişiklikləri hələlik iqtisadi bloku əhatə etsə də, düşünürəm ki, bu addımlar çox düzgündür. Yəni, bu dəyişikliklər iqtisadi planların səmərəliliyinə müsbət təsir göstərə bilər. Biz çox istərdik ki, bu dəyişikliklər ictimai münasibətlərdə də baş versin. Bu baş verən zaman islahatlar prosesi sürətlənəcək. Eyni zamanda ictimaiyyətin də bu proseslərdə fəal iştirakı olacaq. Bunun üçün mütləq ictimai münasibətlərdə də dəyişikliklər olmalıdır". Arif Əliyev Prezidentin islahatlarının obyektiv işıqlandırılması üçün ölkə jurnalistlərinə də çağırış edib: ![]() Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli isə qeyd edib ki, sözügedən islahatlar çoxdan həyata keçirilməli addımlar idi: "Buna baxmayaraq, indi ölkə başçısı tərəfindən aparılan islahatlar təqdir olunur. Artıq hamı bilir ki, Azərbaycanda bu cür islahatlara qarşı olan şəxslər kimlərdir. Bu islahatların qarşısında kimlərin dayanmasını və niyə müqavimət göstərmələri də hamıya məlumdur. Çünki burada paradoks vəziyyət yaranıb. Xalq, cəmiyyət bu cür dəyişikləiklərin olmasını istəyir, amma köhnə təfəkkürlü məmurlar öz şəxsi maraqlarından çıxış edərək, yalnız öz əhatəsinin varlığını düşünürlər. Onlar ölkədə gedən proseslərə, vətəndaşların taleyinə biganədirlər. Ona görə də həmin məmurlar bu cür islahatlara qarşı çıxırlar. Mən ölkə başçısının atdığı bu addımları təqdir edirəm". Professor vurğulayıb ki, bu cür islahatlar media sahəsində də olmalıdır: ![]() Geri qayıt |