Əsas Səhifə > Cəmiyyət > Sərnişinlərdən bilet qiymətindən əlavə ödəniş tələb edilməsi ilə bağlı Bakı Avtovağzalından AÇIQLAMA
Sərnişinlərdən bilet qiymətindən əlavə ödəniş tələb edilməsi ilə bağlı Bakı Avtovağzalından AÇIQLAMA13-05-2023, 14:13 |
Bakı Beynəlxalq Avtovağzal Kompleksində şəhərlərarası və rayonlararası avtobus marşrutları üçün müəyyən edilən sərnişin biletlərinin qiymətindən baha satıldığı iddia olunur. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassasından Bakı-Qaradağlı reysinə bilet alan sərnişinin iddiasına görə, gediş haqqı 11,70 olduğu halda, ondan 12,50 manat alınıb. Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişin şikayəti əsasında məsələni araşdırıb. Bu barədə qurumdan Bizim.Media-ya araşdırmanın nəticəsi barədə açıqlama verilib. Bildirilib ki, kassaya nəzarət kameraları vasitəsilə bilet satışı prosesi izlənilib: “Görüntülər kassir tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilmədiyini sübut edir. Belə ki, 06.05.2013-cü ildə Bakı-Ağdam (Qaradağlı) avtobus reysinə bilet alan sərnişin mövcud tarifə əsasən, 11 manat 70 qəpik gediş haqqı üçün 15 manat ödəyib. Kassir tərəfindən ona biletlə bərabər, 3 manat 30 qəpik qalıq qaytarılıb. Beləliklə, iddia təsdiqini tapmayıb”, - deyə məlumatda qeyd olunub. Şəffaflıq.az Geri qayıt |