Əsas Səhifə > SİYASƏT > Brüsseldə keçiriləcək üçtərəfli görüşün təfərrüatı məlum olub
Brüsseldə keçiriləcək üçtərəfli görüşün təfərrüatı məlum olub13-05-2023, 12:00 |
Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında üçtərəfli görüş keçiriləcək. Ermənistan KİV-də görüşün təfərrüatı barədə məlumatlar yayımlanıb. Bildirilir ki, Avropa Şurasının rəhbəri mayın 13-ü axşam saatlarında Ermənistanın baş naziri ilə görüşəcək. Mayın 14-də səhər saatlarında Mişelin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparması planlaşdırılır. Üçtərəfli görüş isə mayın 14-də günortadan sonra başlayacaq. Şəffaflıq.az Geri qayıt |