Əsas Səhifə > İqtisadiyyat > Dövlət Vergi Xidmətinin strukturlarına rəislər təyin edilib

Dövlət Vergi Xidmətinin strukturlarına rəislər təyin edilib


12-05-2023, 17:50


Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Milli Gəlirlər Baş İdarəsində bir sıra təyinatlar olub.

“Report”un əldə etdiyi məlumata görə, Mirzəyev Surəddin Allahyar oğlu qurumun Daxili nəzarət şöbəsinin rəisi təyin olunub.

Bundan əlavə İdarənin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi vəzifəsi İsmayılzadə Xətayi İsmayıl oğluna həvalə edilib.

Qeyd edək ki, bu təyinata qədər S.Mirzəyev Daxili nəzarət şöbəsinin rəisi vəzifəsini, Aynur Məmmədrzayeva isə Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi vəzifəsi müvəqqəti icra edib.

Şəffaflıq.az


Geri qayıt