Əsas Səhifə > SİYASƏT > Danimarkalı səyahətçi: “Azərbaycan ərazisindəki dağıntıları izləmək çox üzücüdür”
Danimarkalı səyahətçi: “Azərbaycan ərazisindəki dağıntıları izləmək çox üzücüdür”11-05-2023, 18:55 |
“Hansısa ölkənin və ya onun bir hissəsinin dağıntılara məruz qaldığını görmək çox üzücüdür”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında dünyanın 100-dən çox ölkəsində olmuş və hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olan danimarkalı səyahətçi Ulla Gitel (Ulla Gytel) deyib. “Mən yalnız Pakistanda bu cür dağıntıların şahidi olmuşam. Amma heç vaxt mina sahələrini və onların nəyə gətirib çıxara biləcəyini görməmişəm”, - o bildirib. Bununla belə, səyahətçinin sözlərinə görə, bu ərazilərin bərpası prosesini müşahidə etmək çox sevindiricidir. “Mən bu əraziləri bərpa etməyin, yenidən qurmağın, burada təbiəti və biomüxtəlifliyi qoruyub-saxlamağın tərəfdarıyam”, - Ulla Gitel söyləyib. Şəffaflıq.az Geri qayıt |