Əsas Səhifə > XARİCİ XƏBƏR > Britaniya “Vaqner”i terrorçuların siyahısına salacaq
Britaniya “Vaqner”i terrorçuların siyahısına salacaq10-05-2023, 10:02 |
Böyük Britaniya Rusiyanın “Vaqner” özəl hərbi şirkətini terror təşkilatları siyahısına salmaq niyyətindədir. Məqsəd Rusiyaya təzyiqi artırmaqdır. Qərar ikiaylıq işin hüquqi əsasları üzərində işlədikdən sonra qəbul edilib. Sözügedən şirkətə mənsubluq, iclaslarında iştirak etmək, simvollarını taxmaq və istənilən dəstək Britaniyada cinayət hesab olunacaq. “Vaqner”, həmçinin Britaniya bankları vasitəsilə pul toplamaq imkanlarını məhdudlaşdıran maliyyə sanksiyaları ilə üzləşəcək. Qeyd edək ki, Kanada, Avropa İttifaqı, İsveçrə Federal İqtisadiyyat Departamenti də “Vaqner”i qara siyahıya salıb. Mənbə: The Times Şəffaflıq.az Geri qayıt |