Əsas Səhifə > İdman > AFFA geri addım atdı: Klubların tələbləri yerinə yetirildi
AFFA geri addım atdı: Klubların tələbləri yerinə yetirildi8-05-2023, 15:43 |
AFFA Klublar Komitəsinin iclası keçirilib. Şəffaflıq.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqası klublarının nümayəndələri, AFFA-nın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev iştirak ediblər. Diqqət çəkən məqamlardan biri AFFA-nın prezidenti Rövnəq Abdullayevin də iclasa qatılması olub. O, klubların çağırışını qəbul edərək, toplantıya qatılıb. Toplantıda bir sıra məsələlər müzakirə olunub. Əldə etdiyimiz məlumata görə, əsas müzakirə mövzusu AFFA İcraiyyə Komitəsinin dövlət tərəfindən klublara ayrılan üç milyon manatdan legionerlərə xərclənməməsinə qadağa qoymaq planı olub. Klublar Komitəsinin ötən iclasda yaydığı bəyanat gündəmə çıxarılıb. AFFA elita təmsilçilərinin tələbini nəzərə alıb. Belə ki, həmin vəsaitdən əcnəbi oyunçulara xərclənməyə qadağa qoyulması planı ləğv edilib. Bundan başqa, xarici komandalara oyunçu satan və ya icarəyə göndərən klublara 150 min manat ödənməsi, əks halda həmin vəsaitin kluba ayrılan ümumi maliyyədən tutulması ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Qərara alınıb ki, sözügedən məbləğ klublara ödənilsin. Faiq Tahirov Geri qayıt |