Əsas Səhifə > Cəmiyyət > On üç cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra edilib - YENİLƏNİR + VİDEO
On üç cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra edilib - YENİLƏNİR + VİDEO8-05-2023, 15:40 |
Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamının icrasına Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində başlanılıb. Oxu.Az xəbər verir ki, əfv sərəncamı 16 saylı cəzaçəkmə müəssisəsindən iki nəfər azadlığa buraxılıb. Sərəncama əsasən, 6 məhbusun cəzası azaldılıb. 15:03 Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamının icrasına Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində başlanılıb. Oxu.Az xəbər verir ki, əfv sərəncamı 9 saylı cəzaçəkmə müəssisəsində səkkiz nəfərə şamil edilib. Onlardan dörd nəfər azadlığa buraxılıb, dörd nəfər məhbusun isə cəzası azaldılıb. Eyni zamanda, 6 saylı cəzaçəkmə müəssisəsində də əfv sərəncamının icrasına başlanılıb. Sərəncam müəssisədə 34 nəfərə şamil edilib. Onlardan 16 məhkum azadlığa buraxılıb, 18 məhkumun isə cəzası azaldılıb. Qeyd edək ki, azadlığa buraxılanlar içərisində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov da var. 14:27 Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamının icrasına Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində başlanılıb. Oxu.Az xəbər verir ki, 2 saylı cəzaçəkmə müəssisəsindən 12 nəfər azadlığa buraxılıb. Sərəncama əsasən, 21 nəfər məhbusun isə cəzası azaldılıb. 14:11 Prezident İlham Əliyevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında icra edilib. Oxu.Az xəbər verir ki, sərəncam Bakı İstintaq Təcridxanasında beş nəfərə şamil edilib. Onlardan üç məhkum azadlığa buraxılıb, ikisinin isə cəzası azaldılıb. 14:07 Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamının icrasına Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində başlanılıb. Oxu.Az xəbər verir ki, 7 saylı cəzaçəkmə müəssisəsindən altı nəfər azadlığa buraxılıb. Sərəncama əsasən, 10 nəfər məhbusun cəzası azaldılıb. 14:05 Prezident İlham Əliyevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə müəssisəsində də icra olunub. Oxu.Az xəbər verir ki, müəssisədən üç nəfər azadlığa buraxılıb, beş nəfərin cəzası azaldılıb. 13:50 Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamının icrasına Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində başlanılıb. Oxu.Az xəbər verir ki, 17 saylı cəzaçəkmə müəssisəsindən biri əcnəbi vətəndaşla olmaqla 12 nəfər azadlığa buraxılıb. Eyni zamanda, əfv sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Tərbiyə müəssisəsində də icra edilib. Müəssisədə sərəncam bir nəfərə şamil edilib və o, azadlığa buraxılıb. 13:34 Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamının icrasına Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində başlanılıb. Oxu.Az xəbər verir ki, 15 saylı cəzaçəkmə müəssisəsindən 7 nəfər azadlığa buraxılıb. Dörd nəfər məhkumun isə cəzası azaldılıb. Azadlığa buraxılan şəxslər hamısı ağır cinayət törətmiş şəxslər olublar. 13:27 Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamının icrasına Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində başlanılıb. Oxu.Az xəbər verir ki, əfv sərəncamı 4 saylı cəzaçəkmə müəssisəsində 5 nəfərə şamil edilib. Onlardan üç nəfər qadın azadlığa buraxılıb, iki qadın məhkumun cəzası azaldılıb. Sərəncama əsasən, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 24 nəfərin isə cəzası azaldılıb. 12:53 Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamının icrasına Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində başlanılıb. Oxu.Az xəbər verir ki, 1 saylı cəzaçəkmə müəssisəsindən 1 nəfər azadlığa buraxılıb. Dörd nəfərin cəzası azaldılıb. 12:38 Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamının icrasına Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində başlanılıb. Oxu.Az xəbər verir ki, 11 saylı cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa buraxılıb. Onlardan biri Rusiya vətəndaşı, yeddi nəfər isə Azərbaycan vətəndaşıdır. Sərəncama əsasən 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 24 nəfərin isə cəzası azaldılıb. Könül Cəfərli Şəffaflıq.az Geri qayıt |