Əsas Səhifə > SİYASƏT > Probasiya tarixində ilk: 118 nəfər əfv edilib
Probasiya tarixində ilk: 118 nəfər əfv edilib8-05-2023, 12:41 |
“Əfv sərəncamı Probasiya qeydiyyatında olan alternativ cəzalara məhkum edilmiş 118 nəfərə aid edilib. Bu rəqəm Probasiya tarixində ilkdir”. Oxu.Az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Probasiya xidmətinin rəisi Aqşin Ziyadov əfv sərəncamının icrası ilə əlaqədar bu gün keçirilən tədbirdə deyib: “Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Ölkə başçısının növbəti humanist addım ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədardır. Probasiya qeydiyyatında olan və əfvə salınan 118 nəfər arasında cərimə cəzasına məhkum edilmiş 88 nəfər, elektron qolbaq vasitəsilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 18 nəfər, cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılan 5 nəfər var. Bundan əlavə, azadlıqdan məhrumetmə növündə şərti məhkum edilmiş 2 nəfər, cəzasının icrası təxirə salınmış 3 nəfər, islah işlərinə növündə cəza çəkən 2 nəfər cəzadan azad olunub”. Aysel Aslan Şəffaflıq.az
Geri qayıt |