Əsas Səhifə > Kriminal > Paytaxt ərazisində “ağ ölüm” yayan narkotacir saxlanılıb.-FOTO
Paytaxt ərazisində “ağ ölüm” yayan narkotacir saxlanılıb.-FOTO23-10-2019, 11:53 |
![]() DİN-in mətbuat xidmətindən Şəffaflıq.az-a verilən məlumatda bildirilir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində keçirilən əməliyyat zamanı Hacıqabul rayonunda qeydiyyatda olan İlham Rzayev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan 50 qram çəkidə yüksək təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğuna dair polis əməkdaşlarında əsaslı şübhələr olduğundan İ.Rzayevin Maştağa qəsəbəsində yaşadığı evə də müvafiq qaydada baxış keçirilib. Oradan isə əlavə olaraq satış üçün hazır qablaşdırılmış formada 5 kiloqram 015 qram heroin, 1 kiloqram 145 qram psixotrop maddə metamfetamin, 805 qram narkotik vasitə tiryək və 388 ədəd çəkisi 15,52 qram olan metadon (F M40) həbləri aşkar edilərək götürülüb. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Faktla bağlı İ.Rzayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir. Geri qayıt |