Əsas Səhifə > Gündəm > AMEA prezidenti istefa verdi
AMEA prezidenti istefa verdi23-10-2019, 11:26 |
Ötən gün Prezident İlham Əliyevin pensiya yaşına çatmış məmurlara çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin fövqəladə toplantısı təyin olunub. Şəffaflıq.az xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, artıq AMEA prezidenti Akif Əlizadə istefa ərizəsini yazıb və sabah AMEA-ya yeni prezident seçiləcək. Fövqəladə toplantı oktyabrın 23-də saat 11:00-a təyin olunub. AMEA-nın yeni prezidenti kimi akademiklər – Nərgiz Paşayevanın və Rasim Əliquliyevin şansları daha çox dəyərləndirilir. Qeyd edək ki, AMEA-nın indiki prezidenti akademik Akif Əlizadədir. Hazırda onun 86 yaşı var. Geri qayıt |