Əsas Səhifə > İdman > PSJ Neymarı icarəyə verəcək

PSJ Neymarı icarəyə verəcək


5-05-2023, 16:16


PSJ-nin hücumçusu Neymar yayda komandanı tərk edə bilər.

Paris klubu braziliyalını satınalma şərti ilə icarəyə vermək niyyətindədir.

PSJ-nin idman direktoru Luis Kampos Neymarın getməsinə qarşı deyil, lakin bunu tələb etməyəcək.

Xatırladaq ki, komandanın azarkeşləri Neymarın göndərilməsini istəyirlər. Bu yaxınlarda onlar ulduz futbolçunun evinin qarşısında toplaşaraq təhqiramiz şüarlar səsləndiriblər.

Mənbə: L'Equipe

Şəffaflıq.az


Geri qayıt