Əsas Səhifə > SİYASƏT > Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Azərbaycan-Ermənistan sülh sazişi üzrə son danışıqları müzakirə ediblər
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Azərbaycan-Ermənistan sülh sazişi üzrə son danışıqları müzakirə ediblər5-05-2023, 14:13 |
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə mövcud regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılmış son danışıqları müzakirə ediblər. Tərəflər telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə toxunublar. Şəffaflıq.az Geri qayıt |