Xalq təbabətində eşşək südü neçə-neçə dərdin çarəsi, bir çox xəstəliyin dərmanı hesab olunur.
Bu iddiaları həmçinin xalq təbabəti sahəsində çalışan loğman Seyfəddin Əsəd də dilə gətirib.
Onun sözlərinə görə, eşşək südü göy öskürəyin yeganə dərmanıdır.
“Eşşək südünün tərkibi zülal və başqa elementlərlə zəngindir. Bu da immuniteti qaldırmağa kömək edir”, - deyə loğman bildirib.
Amma bu kimi iddiaları qorxunc adlandıran və heç bir əsası olmadığını deyən həkimlərimiz də az deyil.
Həkim Araz Ağayev qeyd edib ki, eşşək südü ancaq balasına xeyirdir.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: