Əsas Səhifə > Cəmiyyət > Bakıda dördəm dünyaya gəldi - TƏBİB vəziyyətlərini açıqladı
Bakıda dördəm dünyaya gəldi - TƏBİB vəziyyətlərini açıqladı4-05-2023, 16:59 |
Bakıda dördəm dünyaya gəlib. TƏBİB uşaqların vəziyyəti ilə bağlı APA-ya açıqlama verib. Bildirilib ki, 1993-cü il təvəllüdlü vətəndaş tərəfindən TƏBİB-in tabeliyindəki Respublika Perinatal Mərkəzində dördəm dünyaya gəlib: “Körpələr doğularkən çəkiləri 1 300, 1 300, 1 400 (hər biri kişi cinsi olmaqla) və 1 200 (qadın cinsi olmaqla) olub. Onlara zəruri tibbi xidmətlər göstərilib və müalicələri davam etdirilib. 02.05.2023-cü il tarixində anaları və körpələri kafi vəziyyətdə evə buraxılıb”. Şəffaflıq.az Geri qayıt |