Əsas Səhifə > Cəmiyyət > Bakıda şirkətin vəzifəli şəxsi intihara cəhd etdi

Bakıda şirkətin vəzifəli şəxsi intihara cəhd etdi


4-05-2023, 15:19


Bakıda vəzifəli şəxs intihara cəhd edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə İçərişəhərdə - Əziz Əliyev küçəsi 15-in qarşısında baş verib.

Tikinti şirkətlərindən birinin direktor müavini, 1982-ci il təvəllüdlü R.Şirinov küçədə ülgüclə bilək nahiyəsini kəsib. Ətrafdakı şəxslərin köməkliyi ilə o, xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, R.Şirinovun rəhbər şəxs kimi çalışdığı şirkətin külli miqdarda vergi borcu var və onun bu məsələ ilə əlaqədar intihara cəhd etdiyi istisna deyil.

Araşdırmalar davam etdirilir.

Şəffaflıq.az


Geri qayıt