Əsas Səhifə > Dünya > Terrorçular Suriya ordusuna hücum etdi - 3 şəhid, 18 yaralı

Terrorçular Suriya ordusuna hücum etdi - 3 şəhid, 18 yaralı


22-10-2019, 20:01
 YPG/PKK-lı terrorçular "Sülh Çeşməsi Hərəkatı"nda iştirak edən Suriya Milli Ordusunun (SMO) əsgərlərinə qarşı Tel-Əbyadda bomba yüklü avtomobillə hücum təşkil edib.
Şəffaflıq.az qafqazinfo-ya istinadən xəbər verir ki, nəticədə 3 əsgər şəhid olub, 18 əsgər xəsarət alıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin 9 oktyabrda başladığı "Sülh Çeşməsi Hərəkatı"na qatılan SMO-dan indiyə qədər 84 əsgər şəhid olub, 310 əsgər yaralanıb.
Geri qayıt