Əsas Səhifə > Cəmiyyət > Şəmkirdə 9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb
Şəmkirdə 9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb4-05-2023, 11:30 |
Şəmkirdə 9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb. “Report”un xəbərinə görə, hadisə aprelin 24-də Bakı-Qazax yolunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Vaqif İsa oğlu Qəhrəmanov idarə etdiyi QAZ-2410 markalı avtomobillə hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Valeh Vahid oğlu Mustafayevin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə toqquşub. Nəticədə sürücülər - V.Qəhrəmanov və V.Musayev, eyni zamanda “Mercedes-Benz” markalı avtomobildə olan sərnişin Validə Məmməd qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müraciət ediblər. V.Qəhrəmanov mayın 3-də xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Şəffaflıq.az Geri qayıt |