Əsas Səhifə > Cəmiyyət > Bakı-Ağstafa qatarının bəzi stansiyalarda dayanmamasının səbəbi açıqlanıb

Bakı-Ağstafa qatarının bəzi stansiyalarda dayanmamasının səbəbi açıqlanıb


4-05-2023, 10:49


Bakı-Ağstafa dəmiryolu xəttinin üzərində yerləşən Dəllər, Şəmkir, Qovlar, eləcə də digər stansiya və dayanacaqlarda platformalar sürət qatarları üçün nəzərdə tutulmuş platformadan fərqli olduğu üçün qatarların bu stansiyalarda dayanması hazırda texniki olaraq mümkün deyil.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

“Stadler Rail Group” şirkətinin istehsalı olan qatarların yalnız 1,1 metr hündürlüyü olan sərnişin platformalarında dayanacaq etmək üçün texniki imkanı var. Bu ilin sonunda şirkətdən alınmış yeni qatarlar ölkəyə gətiriləcək. Həmin qatarlar ADY-yə məxsus bütün stansiya və dayanacaqlarda dayana biləcək”, - deyə məlumatda qeyd olunub.

Şəffaflıq.az


Geri qayıt