Əsas Səhifə > Cəmiyyət > Kür-Bakı magistral kəmərindəki qəza səbəbindən 4 rayonda yaranan su problemi bərpa edilib

Kür-Bakı magistral kəmərindəki qəza səbəbindən 4 rayonda yaranan su problemi bərpa edilib


4-05-2023, 09:48


Kür-Bakı magistral su kəmərində baş vermiş qəza səbəbindən paytaxtın Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsində, eləcə də Hacıqabul rayonunun bəzi kəndlərində su təchizatı bərpa edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, qəza baş verən Kür-Bakı magistralında qəza baş verən hissədə boru dəyişdirilib:

“Qəza aradan qaldırıldıqdan sonra paytaxtın 3 rayonunun bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonu üzrə abonentlərə içməli suyun verilişi ötən gündən etibarən bərpa edilib”.

Qeyd edək ki, mayın 2-də səhər saatlarında Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza olub.

Könül Cəfərli

Şəffaflıq.az


Geri qayıt