Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvü Aqil Ağazadə və həyat yoldaşı, qadınlardan ibarət millimizin üzvü Anastasiya Mertsalova ölkəni tərk ediblər.
Oxu.Az xəbər verir ki, onlar ABŞ-də yaşamaq və işləmək icazəsi aldıqdan sonra okeanın o tayına köçüblər.
İdmançıların karyeralarına orada davam edəcəkləri gözlənilir.
Milli yunçuların yığma komandalarda çıxışa davam edib-etməyəcəkləri hələlik bəlli deyil.
Şəffaflıq.az