Əsas Səhifə > Cəmiyyət > ANAMA: “Azad olunmuş ərazilərdə ötən ay 562 mina aşkarlanıb” - FOTO

ANAMA: “Azad olunmuş ərazilərdə ötən ay 562 mina aşkarlanıb” - FOTO


2-05-2023, 12:16


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat yayıb.

ANAMA-dan verilən məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 142, tank əleyhinə 420 mina və 902 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

4651,45 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Şəffaflıq.az


Geri qayıt