Əsas Səhifə > Cəmiyyət > Ağdaşda azyaşlılar dərmandan zəhərləniblər
Ağdaşda azyaşlılar dərmandan zəhərləniblər1-05-2023, 17:27 |
Ağdaş rayonunda 2 azyaşlı dərmandan zəhərlənib. “Report”un əldə etdiyi məlumata görə, hadisə rayonun Yenicə kəndində qeydə alınıb. Belə ki, 2021-ci təvəllüdlü Ə.A. (ad, soyadı şərti) və bacısı, 2019-cu il təvəllüdlü N.A. (ad, soyadı şərti) dərman zəhərlənməsi diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Valideynlərinin dediyinə görə, azyaşlı qızlar evdə ehtiyatsızlıqdan cücə üçün hazırlanmış dərmanı içiblər. Hər ikisinə ilkin tibbi yardım göstərildikdən sonra qızlar evə buraxılıblar. Şəffaflıq.az Geri qayıt |