Əsas Səhifə > Cəmiyyət > Vətəndaşların NƏZƏRİNƏ: İki rayonda qaz olmayacaq
Vətəndaşların NƏZƏRİNƏ: İki rayonda qaz olmayacaq1-05-2023, 17:07 |
Naftalan və Goranboy rayonunun bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” birinci xətt yüksəktəzyiqli magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı, 02.05.2023-cü il tarixində saat 09:00-dan etibarən 03.05.2023-cü il tarixində işlər başa çatanadək “Goranboy”, “Naftalan”, “Goran qəsəbəsi” və “Gilan Knauf” MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Naftalan şəhərinin tam olaraq, Goranboy rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Şəffaflıq.az Geri qayıt |