Əsas Səhifə > Cəmiyyət > İmişlidə avtomobil azyaşlı bacı və qardaşı vurub

İmişlidə avtomobil azyaşlı bacı və qardaşı vurub


29-04-2023, 10:39


İmişli rayonunda azyaşlı qardaş və bacını avtomobil vurub.

“Report”un məlumatına görə, 2018-ci il təvəllüdlü İ.Məmmədov və bacısı, 2020-ci il təvəllüdlü E.Məmmədova yolu keçərkən avtomobil onları vurub.

Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt