Əsas Səhifə > SİYASƏT > Naxçıvan Prokurorluğunun əməkdaşları Heydər Əliyevin adını daşıyan muzeyi ziyarət edib - FOTO

Naxçıvan Prokurorluğunun əməkdaşları Heydər Əliyevin adını daşıyan muzeyi ziyarət edib - FOTO


27-04-2023, 19:09


Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Hərbi prokurorluğunun əməkdaşları Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar aprelin 27-də Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyini ziyarət edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Muzeydə dahi liderin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən materiallarla yanaşı, Ümummilli Liderə məxsus şəxsi əşyalar və digər mühüm eksponatlarla tanış olublar.

Sonda xatirə fotoşəkili çəkdirilib.




Şəffaflıq.az


Geri qayıt