Futbol üzrə Azərbaycan I Divizionunun XXVI turunda “Şamaxı-2” öz meydanında “İmişli” ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, matçda qeyri-adi avtoqol qeydə alınıb.
Qarşılaşmanın 2-ci dəqiqəsində qonaq komandanın futbolçusu Rafət Aydınov sadə epizodda topu öz qapısından keçirib.
Sözügedən matç “Şamaxı-2”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.