Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Gələn il Azərbaycanın dövlət büdcəsi 27 milyard manata yaxın olacaq
Gələn il Azərbaycanın dövlət büdcəsi 27 milyard manata yaxın olacaq18-10-2019, 20:17 |
2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat məbləğində proqnozlaşdırılır. “Report” bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir. Sənədlərə əsasən, bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 4,2% çoxdur. Gələn il büdcə xərcləri isə 26 913,7 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə bu ilin proqnozuna nisbətən 6,8% çoxdur. Beləliklə, büdcə kəsri 2 779,2 milyon manat məbləğində gözlənilir ki, illik müqayisədə 37,4% azdır. Şəffaflıq.az Geri qayıt |