Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Ukrayna Ordusunun Baxmut və Avdeyevkada əks-hücuma keçməsi bölgədə vəziyyəti gərginləşdirib.
“Əks-hücum əməliyyatları hələ məhdud əraziləri əhatə edir. Gözlənilən silahlar gətirildikdən sonra əks-hücumun daha da genişlənəcəyi bildirilir”, - deyə jurnalist əlavə edib.
Rusiya Ordusunun isə uzaqmənzilli raketlərdən istifadəni artırdığı qeyd olunub:
“Raket hücumları Donetskdə, demək olar ki, hər gün müşahidə olunur. Toretsk şəhərinə endirilən raket zərbələri nəticəsində üç azərbaycanlının evi tamamilə darmadağın olub”.