UEFA “Yuventus”la bağlı mümkün maliyyə fırıldaqlarını araşdırır.
Qitə futbol qurumu bütün lazımi sənədləri Turin prokurorluğundan alıb və kluba qarşı müstəqil araşdırma aparır. Təşkilat avqustun sonuna qədər İtaliya məhkəməsinin qərarını gözləməyə hazırdır. Lakin qərar çıxmayacağı təqdirdə, hökmü UEFA-nın müvafiq komissiyası verəcək. Bu halda “Yuventus” ən azı bir mövsümlük avrokuboklardan kənarlaşdırıla bilər.
Yanvarda İtaliya Futbol Federasiyası “Yuventus”u İtaliya A Seriyasında 15 xaldan məhrum edib, klubun keçmiş rəhbərləri isə müxtəlif müddətlərə futboldan uzaqlaşdırılıblar. Turin klubu bu qərardan apellyasiya şikayəti verib və aprelin 20-də şikayət qismən təmin edilib. Nəticədə 15 xal növbəti məhkəməyə qədər “Yuventus”a geri qaytarılıb. Yenidən cəza tətbiq olunsa, o zaman sanksiyalar 2023/24 mövsümünə keçəcək.
Mənbə: “La Gazzetta dello Sport”