Əsas Səhifə > Cəmiyyət > MİT-dən xüsusi əməliyyat: Suriyada PKK liderlərindən biri məhv edildi - FOTO

MİT-dən xüsusi əməliyyat: Suriyada PKK liderlərindən biri məhv edildi - FOTO


25-04-2023, 15:44


Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində keçirdiyi əməliyyatda terror təşkilatı PKK/YPG-nin Rakka üzrə “məsul şəxsi” Mehmet Sarını zərərsizləşdirib.

Bu barədə təhlükəsizlik mənbələrindən xəbər verilib.

Bildirilir ki, kod adı “Baran Kurtay” olan terrorçu 2014-cü ildə Türkiyədəki terror fəaliyyətlərindən sonra Suriyaya yollanıb.

“PKK-nın qondarma rəhbərləri ilə Rakkada terror fəaliyyətlərində iştirak edən Sarı aprelin 14-də MİT-in Suriyanın Qamışlı bölgəsində təşkil etdiyi əməliyyatda məhv edilib”, - deyə məlumatda vurğulanıb.



Mənbə: “Anadolu”  Agentliyi

Şəffaflıq.az


Geri qayıt