Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Gələn ilin elm və təhsil xərcləri bu qədər olacaq - RƏQƏMLƏR
Gələn ilin elm və təhsil xərcləri bu qədər olacaq - RƏQƏMLƏR18-10-2019, 20:12 |
Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdim edib. Maliyyə Nazirliyinin (MN) mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üçün 8402,3 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2019-cu illə müqayisədə 2127,6 milyon manat və ya 33,9 faiz çoxdur. Qeyd olunan fəaliyyət xərclər üzrə məqsədli dövlət proqramlarının və tədbirləiin maliyyə təminatları üçün 1929,2 milyon manat vəsait proqnozlaşdıırlıb ki, bu da 2019-cu illə müqayisədə 911,6 milyon manat və ya 1, 9 dəfə çoxdur. Layihəyə görə, elm xərclərinə 193,7 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2019-cu illə müqayisədə 57, 4 milyon və ya 42,1 faiz çoxdur. Gələn il təhsil xərcləri üçün 3 milyard 155 milyon 800 min manat vəsait ayrılacaq. Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 38,3 faiz, yaxud 873,6 milyon manat çoxdur. Bu il dövlət büdcəsində təhsil xərcləri 2 milyard 282 milyon 200 min manat proqnozlaşdırılıb. Şəffaflıq.az Geri qayıt |