Əsas Səhifə > SİYASƏT > Novruz Məmmədov yeni qərar imzaladı - Ofşor zonaları ilə bağlı

Novruz Məmmədov yeni qərar imzaladı - Ofşor zonaları ilə bağlı


8-12-2018, 10:04
  Azərbaycan Nazirlər Kabineti "Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı"nın təsdiq edilməsi barədə" qərarda dəyişiklik edib.
Şəffaflıq.az Report-a istinadən xəbər verir ki, qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərarla Nauru və ABŞ Virgin adalarının adları "Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı"ndan çıxarılıb.
Dəyişiklikdən sonrakı siyahı belədir:
1. Anqila.
2. Antiqua və Barbuda.3. Aruba.4. Baham adaları.5. Beliz.
6. Kuk adaları.
7. Qrenada.
8. Maldiv adaları.
9. Antill (Niderland).
10. Panama.
11. Samoa.
12. Sent-Kits və Nevis.
13. Seyşel.
14. Turk və Kaykos.
15. Vanuatu.
 Şəffaflıq.az

Geri qayıt