Aprelin 20-də səhər saatlarında hibrid Günəş tutulması baş verib.
Bununla bağlı sosial şəbəkələrdə möhtəşəm görüntülər paylaşılıb. Həmin kadrları təqdim edirik.
Nadir təbii hadisənin tam mərhələsi Şərqi Timorda, Qərbi Papuanın bəzi hissələrində və Qərbi Avstraliyanın Eksmut yarımadasında müşahidə olunub. Tutulmanın qismən mərhələsi Hind okeanının cənubunda, Antarktida, İndoneziya, Filippində, həmçinin Okeaniyanın əksər hissəsində, Cənub-Şərqi Asiyada və Sakit Okeanın qərbində görünüb.
Qeyd edək ki, növbəti hibrid Günəş tutulması 2031-ci il noyabrın 14-də görünəcək. 2023-cü il oktyabrın 14-də isə həlqəvi Günəş tutulması baş verəcək ki, onun maksimum mərhələsi ABŞ, Mərkəzi Amerika, Kolumbiya və Braziliyada müşahidə oluna bilər.
Şəffaflıq.az