Yəmənin paytaxtı Sənada Ramazan bayramı ilə əlaqədar kasıb əhaliyə paylanan fitrə zəkatı zamanı yaranan izdiham nəticəsində azı 90 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
Hadisə Səna şəhərinin mərkəzi hissəsində yerləşən Bab əl-Yaman ərazisində baş verib.
İzdiham bir neçə imkanlı şəxs tərəfindən fitrə zəkatı paylanarkən yaranıb.
İnsidentin araşdırılması üçün Yəmənin daxili işlər orqanlarının və prokurorluğun nümayəndələrindən ibarət komissiya yaradılıb.
Mənbə: Sky News Arabia