Əsas Səhifə > İdman > Nazim Süleymanov Rusiyada iş yerini dəyişdi

Nazim Süleymanov Rusiyada iş yerini dəyişdi


18-04-2023, 17:52


Azərbaycanlı məşqçi Nazim Süleymanov Rusiyanın “Ximki” klubunda iş yerini dəyişib.

Klubun rəsmi saytının yaydığı məlumata görə, 58 yaşlı mütəxəssis yenidən U-19 komandasını çalışdıracaq.

Əvvəllər bu komandaya rəhbərlik etmiş N.Süleymanov 2022-ci ilin sentyabrından klubun əvəzedici komandasının “sükançı”sı olub. Klub rəhbərliyi onu yenidən U-19-a qaytarmaq qərarına gəlib.

Əvəzedici komandaya Rinat Bilyaletdinov baş məşqçi təyin olunub.

Şəffaflıq.az 


Geri qayıt