Əsas Səhifə > Cəmiyyət > Nazilə Səfərlidən nazirə: “Üzr istəyirəm, məni məhkəməyə verməyin”

Nazilə Səfərlidən nazirə: “Üzr istəyirəm, məni məhkəməyə verməyin”


18-04-2023, 17:17


Tanınmış şairə Nazilə Səfərli repetitorluğun ləğvi ilə bağlı müzakirələrə qoşulub.

Bu barədə “Instagram” hesabında paylaşım edən N.Səfərli elm və təhsil naziri Emin Əmrullayevə müraciət ünvanlayıb:

“Repetitor ləğv olunmalıdır”, - deyənlərə sözüm var. Yaxşı olardı ki, məktəblərdə müəllimlərin əməkhaqqı qalxsın və ən yüksək tədris tələb olunsun. Repetitorlar göydən düşməyiblər ki?! Eyni müəllimlərdir, məktəbdə enerji xərcləmirlər, dərsdən sonra hər şagird məcbur qalıb aylıq 50 AZN ödəyib repetisiyasını edir.

Cənab nazir, çözüm aşkar ortadadır. Müəllimi dəyərləndirin və tələb edin. Görün, onda hansı valideyn uşağının boğazından kəsib repetitora verəcək. 

Metodikası yüksək müəllimlər özəl məktəblərə transfer olunur. Çünki maaş yüksəkdir. Elə edin ki, geri qayıtsınlar. Onda da özəl məktəblərin sahibləri və daha kimlərin qəzəbinə tuş gələcəksiniz. Bu, mənim şəxsi fikrimdir. Həddimi aşdımsa, bəri başdan üzr istəyirəm, məni məhkəməyə verməyin”, - deyə o qeyd edib.

Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev ötən gün verdiyi açıqlamada Azərbaycanda repetitor fəaliyyətinin ləğvinin gündəm mövzusu olmadığını deyib. O bildirib ki, bu fəaliyyət dünyanın heç bir yerində ləğv edilməyib.

Şəffaflıq.az


Geri qayıt