Peşəkar boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson yenidən rinqə qayıda bilər.
Bu barədə keçmiş idmançı açıqlamasında bildirib. 56 yaşlı Tayson buna razı salınmasının mümkün olduğunu deyib:
“Dəqiq cavab verə bilmirəm. Bu ərəfələr dincəlirəm. Səudiyyə Ərəbistanındakı insanlar rinqə çıxmağımı istəyirlər. Buna razı salınmağım mümkündür. Yekunda qazanacağım pulu görəndə daha konkret oluram. Hazırda maliyyə məsələlərində özümü o qədər də aydın ifadə edə bilmirəm”.
Mayk Tayson 2004-cü ildə əməliyyat keçirdikdən sonra karyerasını başa vurub. O, 2020-ci ildə digər bir keçmiş boksçu Roy Consla qarşılaşaraq rinqə qayıdıb. Daha sonra Tayson heç bir döyüş keçirməyib.
Mənbə: “Daily Mail”