Əsas Səhifə > XARİCİ XƏBƏR > Kamçatka sahilində 6 bala yaxın zəlzələ qeydə alınıb

Kamçatka sahilində 6 bala yaxın zəlzələ qeydə alınıb


18-04-2023, 09:48


Rusiyanın Kamçatka yarımadasının cənubunda 5,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin saytında məlumat verilib.

Məlumatda qeyd olunur ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 144 kilometr aralıda olub.

İlkin məlumata görə, tələfat və dağıntı yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Mənbə: Emsd.ru

Şəffaflıq.az


Geri qayıt