Ötən gün paytaxtın Nəsimi rayonu “Memar Əcəmi” metro stansiyasının yaxınlığında avtomobillərə konstruksiya dəyişikliyi edən 6 sürücü saxlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən sözügedən yeddi sürücü barəsində tədbirlər görülüb:
“Belə ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.2.2-ci maddəsi ilə barələrində protokol tərtib edilən zaman məlum olub ki, yeddi sürücüdən dördünün sürücülük hüququ olmayıb. Bu cür sürücülərə qarşı xüsusilə qeyd edilən ərazilərdə reydlər davam etdirilir.
Saxlanılan VAZ-2107 markalı 10-BN-899 dövlət qeydiyyat nömrəli, VAZ-2107 markalı 60-BT-095 dövlət qeydiyyat nömrəli, VAZ-2107 markalı 90-BG-736 dövlət qeydiyyat nömrəli, VAZ-2107 markalı 99-MU-608 dövlət qeydiyyat nömrəli, “Tofaş” markalı 21-BX-051 dövlət qeydiyyat nömrəli, eləcə də “Toyota Prius” markalı 90-UO-519 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitələrinin sürücüləri barədə protokollar tərtib edilib və onlara bu cür davranışlara yol verməmələri barədə məlumat verilib”.
Könül Cəfərli