Əsas Səhifə > Cəmiyyət > Xırdalanda avtobus qəsdən qəza törədib? - VİDEO

Xırdalanda avtobus qəsdən qəza törədib? - VİDEO


17-04-2023, 19:55


Aprelin 16-da Xırdalan şəhərində qəza baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı 592 saylı xətt üzrə hərəkət edən avtobus 135 saylı xətt üzrə hərəkət edən digər marşrutu vurub.

Bununla bağlı 135 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun məxsus olduğu şirkətdən bildirilib ki, 592 saylı marşrutun sürücüsü qəsdən digər avtobusu vuraraq güzgüsünü sındırıb: 

“Bu kimi hadisələr təəssüf ki, tez-tez baş verir. Bəzi sürücülər daha çox sərnişin yığmaq üçün eyni istiqamətdə hərəkət edən avtobuslarımızın qarşısını kəsir. Belə xuliqanlıq hərəkətləri edən sürücülərlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Nağd qaydada və planla işləyən bir çox sürücü idarə etdikləri köhnə avtobuslarla elektron ödəniş sistemi ilə xidmət göstərən müasir iritutumlu avtobuslarımızın qarşısını kəsərək insidentlər törədir. 77 CM 932 dövlət qeydiyyat nişanlı, “İsuzu Ecobus” markalı avtobusun törətdiyi son hadisə şirkətimizə məxsus avtobusun kamerası tərəfindən lentə alınıb. Artıq bu barədə də aidiyyəti orqanlara müraciət etmişik”.

Faktla bağlı araşdırma aparılır. 

Şəffaflıq.az


Geri qayıt