Əsas Səhifə > MANŞET > Günün qoroskopu:
Günün qoroskopu:8-12-2018, 00:12 |
Şəffaflıq.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirQoç - heç də asan olmayan gündür. Adi günlərdən fərqli olaraq, problemlər daha intensiv yaranır. Çətinlikləri təkbaşına həll etməli olacaqsınız. İndiyədək sizi dəstəkləyən və gələcəkdə yardım edəcəklərini vəd edən insanlarla dil tapmaq çətinləşib. Qərarların verilməsində tələsməyin. Yeni planlar fkirləşənədək əvvəlki niyyətlərinizdən əl çəkməyin. Günün ikinci yarısında maliyyə məsələlərində xüsusilə ehtiyatlı olun. İtki riski çoxdur. Şəxsi münasibətlərdə mürəkkəb situasiya yaranır. Səbrli olun. Buğa - diqqətli olun. Çətinliklər və xoşagəlməz anlar istisna deyil. Ən gözlənilməz anlarda və məqamlarda çətinliklər peyda ola bilər. Məqsədə çoz yaxınlaşdığınızı sansanız da, rahatlaşmayın. Günün ikinci yarısında iş, pul və əmlakla bağlı məsələlərdə diqqətli olun. Kiçik detallara fikir verin. Şəxsi münasibətlərdə ümumi situasiyanı dəyərləndirməyi unutmayın. Müsbət dəyişikliklərin əsasını qoyun. Təşəbbüskar olun. Əkizlər - gün heç də uğurlu başlamayacaq. Fəqət, mürəkkəb və qarışıq dövr çox çəkməyəcək. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Situasiya yaxşılığa doğru dəyişəcək. Planları reallaşdırmaq üçün istənilən imkandan istifadə edir. Günün ikinci yarısında ailə üzvlərinin istəklərini nəzərə alın. Alış-veriş etmək olar. Xərçəng - çoxsaylı, kiçik problemlər yaranacaq. Əhvalınız pozulacaq. Bütün diqqəti fəaliyyətə yönəltmək və başlanmış işləri bitirmək asan deyil. Əvvəlki günlərdən fərqli olaraq səhvlərin sayı artacaq. Xırda anlaşılmazlıqlar, fikir ayrılıqları çox ciddi mübahisəyə səbəb ola bilər. Münasibətləri qorumağa çalışın. Günün ikinci yarısında ailə üzvlərindən biri çətinliklə qarşılaşacaq. Ağıllı məsləhəti qulaqardına vurmayın. Şir - anlaşılmaz hadisələrin sayı artır. Olayları dəyərləndirmək asan olmadığından təşvişə qapılacaqsınız. Maneələr sizi sinirləndirəcək. Özünüə və ətrafınızdakı insanlara sinirlənməyin. Mühüm məsələnin nəzərdən keçirilməsi, təhlili üçün əlverişli gün deyil. Qərarınızdan asılı olmayaraq, işi başa vurmaq asan deyil. Hadisələrin inkişaf məcrasına müdaxilə etməyin. Qız - ünsiyyət və işgüzar müzakirələr üçün münasib zamandır. Çoxları ilə dil tapa biləcəksiniz. Nüfuzlu insanlardan birindən dəstək alacaqsınız. Sonradan bəhrələnə biləcəyiniz tanışlıqlar istisna deyil. Günün ikinci yarısında bilik və bacarıqlarınızın sayəsində gəlirlərinizi artıra bilərsiniz. Axşam saatlarında gəzintiyə yollanın. Tərəzi - məhsuldar, əlverişli və maraqlı gündür. Şərait yaxşı, formalaşan situasiya müsöətdir. Gözləntilərinizdən də artıq iş görə bilərsiniz. Planlaşdırılmamış görüşlər ola bilər. Əhvalınız yaxşı olacaq. Günün ikinci yarısında yaxşı xəbərlər alacaqsınız. Birgə fəaliyyətlə bağlı təkliflər istisna deyil. Əqrəb - görüləsi işlər çoxdur. İndiyədək başa çatdırılması az qala mümkünsüz layihəni uğurla bitirəcəksiniz. Qətiyətli olun. İradə və əzm olmasa bu gün vəziyyətiniz problematik təsir bağışlaya bilər. Günün ikinci yarısında sınanmış vasitələrdən və etibarlı üsullardan yararlanın. Qətiyyətli davranın, ən kiçik maneələrin qarşısında geri çəkilməyin. Yaxın ətrafınızdakı insanlardan biri ilə münasibətlərdə problem, ünsiyyətdə gərginlik yarana bilər. Fəqət, müşkülü çözün, əlaqələrə zərbə vurmayın. Səhvlərdən nəticə çıxarın. Oxatan - qarışıq, mürəkkəb, amma maraqlı gündür. Darıxmağa macal tapmayacaqsınız. Həllini tələb edən işlərin sayı artır. Yaxşı tanışlıqlar, görüşlər olacaq. Diqqət mərkəzində olacaqsınız. Gördüyünüz işlərə günün ikinci yarısında maraq artacaq. Romantik tanışlıq istisna deyil. İntuisiyanızın səsi sizi yanıltmayacaq. Oğlaq - ünsiyyət, müzakirə üçün əla gündür. Xoş tanışlıq olacaq. Yaxın ətrafınızdakı insanlar sizi bəyənəcəklər. Onlarla ümumi dil tapmaq çətin deyil. Erudisiyanız və bilikləriniz insanlarda xoş təəssürat yaratmalıdır. Bilikləri paylaşmaqdan çətnnməyin. Həyatınızda bir zamanlar önəmli yer tutmuş münasibətin günün ikinci yarısında gündəmə gəlməsi, olanların xatırlanması istisna deyil. Lakin təşəbbüs göstərməzdən əvvəl məqamın yetişdiyinə əmin olun. Dolça - asan, əlverişli və rahat gündür. Başladığınız işləri uğurla başa vura bilərsiniz. Yaranmış problemləri əvvəlki dönəmlərlə müqayisədə daha tez həll edə bilərsiniz. Uğurlu improvizələr istisna deyil. Tələsik qərarlar sonradan peşmançılıq yarada bilər. Günün ikinci yarısında faydalı tanışlıqlar istisna deyil. Sizə dəstək olbacaq, ideyalarınızın reallaşmasında kömək edəcək insanlar var. Gəlirlərinizi artırmağa çalışın. Faydalı anlaşma istisna deyil. Balıqlar - ciddi itkilər və böyük problemlər olmayacaq. Buna rəğmən, çətinliklərdən yaxa qurtarmaq mümkün deyil. Soyuqqanlı olun, düşünülmüş qərarlar qəbul edin. Təmkinli və qətiyyətli davranın. Şəxsi münasibətlərdə laqeyd olmayın. Amma emosiyaların da əsiri olsanız sonradan sizi peşman edəcək addımlar ata bilərsiniz. Günün ikinci yarısında mühüm işləri ertələməyin. Milli.Az Geri qayıt |