Əsas Səhifə > Cəmiyyət > Beyləqanda hərbçinin idarə etdiyi avtomobil kanala düşüb: Maşında olanlar axtarılır - YENİLƏNİB + FOTO/VİDEO

Beyləqanda hərbçinin idarə etdiyi avtomobil kanala düşüb: Maşında olanlar axtarılır - YENİLƏNİB + FOTO/VİDEO


17-04-2023, 19:28


Bu gün günorta saatlarında Baş Mil-Muğan kollektorunun Beyləqan rayonu, Birinci Şahsevən kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi və nəticədə 1 nəfərin batması ilə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dərhal axtarışlara başlanılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, sudan çıxarılan avtomobildə insan faktoruna rast gəlinmədiyindən, batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışları dalğıc-axtarış qrupu tərəfindən kollektorda davam etdirilir.

“Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd edilib.





12:37

Beyləqanda avtomobil kanala aşıb.

APA-nın xəbərinə görə, Beyləqanın Birinci Şahsevən kənd sakini, 1988-ci il təvəllüdlü Sahil Təbriz oğlu Ağayevin idarə etdiyi “Khazar” markalı minik avtomobili körpüdən aşaraq kanala düşüb.

Sahil Ağayevin hərbçi olduğu, idarə etdiyi maşının isə dostuna aid olduğu bildirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc - xilasediciləri ərazidə axtarış-xilasetmə tədbirləri görürlər.

Şəffaflıq.az


Geri qayıt